Avropa ölkələrinin körfəzdəki hərbi koalisiyasına Danimarka da qoşulacaq

Avropa ölkələrinin körfəzdəki hərbi koalisiyasına Danimarka da qoşulacaq

GünazTV: “Avropa ölkələrinin körfəzdəki hərbi koalisiyasına Danimarka da qoşulacaq”. Bu barədə Danimarka hökuməti ölkə parlamentinin xarici siyasət komitəsinə müraciətində xəbər verib.

Danimarka hökumətinin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, bu ölkə 2020-ci ilin əvvəlindən başlayaraq Orta Şərq regionuna müəyyən qədər hərbi qüvvə göndərəcək. Bəyanatda həmçinin bildirilir ki, ölkə parlamenti bu qərarı qəbul edəcəyi təqdirdə Danimarka 2020-ci ilin payızından başlayaraq körfəzə bir hərbi gəmi, bir helikopter və 155 nəfərdən ibarət hərbi qüvvə göndərəcək.

Danimarkanın xarici işlər naziri Yeppe Kofod dekabrın 13-də jurnalistlərə açıqlamasında deyib ki, bu ölkə körfəz regionunda beynəlxalq gəmilərin sərbəst hərəkətini təmin etmək üçün daha fəal rol oynamaq qərarına gəlib: “Danimarkanın Hörmüz boğazında özəl maraqları var. Biz isə öz böyük hərbi dəniz donanmamıza arxalanmaqla Orta Şərq regionunda, o cümlədən də körfəzdə yaşanan çaxnaşmasının azaldılması və bölgənin təhlükəsizliyinin qorunması üçün rol oynamaq niyyətindədir.

Qeyd edək ki, İranın cənub sularında Avropa ölkələrinin hərbi koalisiyasının yaradılması ideyası, ötən yayda “Sepah” terror təşkilatının Böyük Britaniyaya məxsus bir neft gəmisini saxlamasından sonra ortaya qoyulub.

Fransanın müdafiə naziri bundan əvvəl jurnalistlərə açıqlamasında deyib ki, bu ölkənin körfəzdə başçılıq edəcəyi Avropa ölkələrinin hərbi koalisiyasına ən azı 10 Avropa ölkəsi, o cümlədən də Hollandiya və bəzi qeyri-Avropa ölkələri qatılacaq.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN