Avropada yeni dövlət yarana bilər - REFERENDUM

Avropada yeni dövlət yarana bilər - REFERENDUM

GünAz TV: İspaniyanın şimali-şərqində yerləşən Kataloniya muxtar vilayətinin müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilə bilər.

 

Bu haqda İspaniyanın "La Vanguardia” qəzeti bildirib.

 

Nəşrin yazdığına görə, Kataloniya muxtar vilayətinin hökumət sədri Karles Puçdemon referendum tarixini gələn həftə elan edəcək. Puçdemonun özü daha əvvəl bildirib ki, onun İspaniya paytaxtına planlaşdırılan səfəri Madridlə referendumun keçirilməsi haqqında danışıqlar aparmaq imkanıdır.

 

Katalon hakimiyyəti, həmçinin bir sıra ictimai təşkilatlar hesab edir ki, muxtar vilayət müstəqil dövlət olmalıdır. Lakin İspaniya hakimiyyəti və Konstitusiya (anayasa) Məhkəməsi Kataloniyanın bu istəyini qanunsuz hesab edir.

 

Fevralın 14-də Konstitusiya Məhkəməsi Kataloniya parlamenti tərəfindən qəbul edilmiş iki qətnaməni qanunsuz olduğu barədə qərar verib. Qətnamələr müstəqillik haqqında referendumun keçirilməsini nəzərdə tutur.

 

Kataloniya hökumətinin sədr müavini və "Kataloniyanın Sol Respublikaçıları” partiyasının lideri Oriol Junkeras muxtariyyətin birtərəfli qaydada müstəqilliyini elan edəcəyini istisna etməyib. publika.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN