Avropanın 3 ölkəsinin nazirləri İranın körfəzdə həyata keçirdiyi təxribatlarla bağlı görüş keçirib

Avropanın 3 ölkəsinin nazirləri İranın körfəzdə həyata keçirdiyi təxribatlarla bağlı görüş keçirib

GünAz TV: İngiltərənin xarici işlər naziri Ceremi Hant İranın bu ölkəyə məxsus gəmini körfəzdə saxlamasıyla bağlı öz fransalı və almaniyalı həmkarları ilə görüşüb.

 

İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, tərəflər körfəzdə gəmiçiliyin təhlükəsizliyinin Avropa üçün əsas prioritetlərdən olduğunu bəyan ediblər. Diplomatlar həmçinin regionda gərginliyin artmasını istəmədiklərini dilə gətiriblər.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatı iyulun 19-da körfəzdə İngiltərəyə məxsus “Stena İmpero” adlı gəminin saxladığı barədə məlumat yaymışdı. Birləşmiş Ərəb Əmirliklərindən yola düşən bu gəminin Səudiyyə Ərəbistanına doğru hərəkət etdiyi bildirilirdi.

 

Dünya ictimaiyyəti İranın beynəlxalq gəmiçilik qanunlarını kobud şəkildə pozmasını qınayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN