Avstraliyalı iş adamı İrana qanunsuz məhsul satdığına görə, Amerikada həbs olunub

Avstraliyalı iş adamı İrana qanunsuz məhsul satdığına görə, Amerikada həbs olunub

GünAz TV: Avstraliyalı iş adamı Devid Rassel Levik İrana elektron avadanlıqlar və aviasiya texnikaları satdığına görə, 2 il müddətində həbs edilib.

 

Martın 21-də Vaşinqton məhkəməsi onun barəsində 2 illik həbs qəti imkan tədbiri seçilməsi ilə bağlı hökm oxuyub. Bundan başqa, o, 199,227 ABŞ dolları cərimə ödəməli olacaq.

 

Levik sansiyalar tətbiq edilmiş İrana qanunsuz olaraq mal satmaqda ittiham edilir. O, özünün Avstraliyadakı şirkəti vasitəsi ilə ABŞ-a müxtəlif elektron avadanlıqlar və aviasiya texnikaları sifariş verib, daha sonra bu məhsulları Malayziyaya, oradan isə İrana göndərib. O, bütün bu alqı-satqıları ABŞ Dövlət Xəzinədarlığı agentliyinin lisenziyası olmadan həyata keçirib.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN