Avstriyanın Baş naziri Türkiyəni təhdid etdi

Avstriyanın Baş naziri Türkiyəni təhdid etdi

GünAz TV: Avstriyanın (Otriş) yeni Baş naziri Sebastyan Kurzun Türkiyə ilə bağlı açıqlamaları davam edir.

 

Baş nazir "Bild am Sonntag" qəzetinə müsahibə verib. O, müsahibəsindəTürkiyənin yürütdüyü siyasətindən danışıb.

 

Türkiyənin siyasətini tənqid edərək Aİ-yə daxil olmaması lazım olduğunu iddia edib.

 

"Mənə görə, xüsusilə son illərdə Türkiyənin yürütdüyü siyasət ucbatından Aİ-də yeri yoxdur" deyən Kurz, Türkiyə ilə Aİ arasındakı müzakirələrin kəsilməsinin "dürüst" olacağını deyib.

 

Qeyd edək ki, ötən ilin 18 dekabr tarixindəAvstriya Baş Naziri kimi vəzifəyə gəlməzdən əvvəl Xarici İşlər Naziri olan Kurzo vaxt da Türkiyənin Aİ ilə müzakirələrinə son verilməsinin lazım olduğunu bildirmişdi. Xəzər-xəbər

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN