Avstriyanın “Oberbank”ı İranla əməkdaşlığını dayandırır

Avstriyanın “Oberbank”ı İranla əməkdaşlığını dayandırır

GünAzTV: Avstriyanın “Oberbank”ı  iyunun 13-də bəyanat yayaraq İranla əməkdaşlığını dayandırmaq qərarına gəldiyindən xəbər verib.

 

Bəyanatda bildirilir ki, “Oberbank”ın İranla əməkdaşlığına son qoymasının səbəbi, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar və Tehranla əməkdaşlığın riskli olması ilə bağlıdır: “Bizim bankın çoxlu müştəriləri var və onların İranda iqtisadi fəaliyyətini dəstəkləyirik. Lakin Amerika sanksiyalarından yaranan təhdidlər, bizi İranla əməkdaşlığımıza son qoymağa vadar edir. Bildiririk ki, “Oberbank”, bundan sonra yalnız ötən mayın 8-dən əvvəl imzalanmış maliyyə müqavilələri icra edəcək və noyabrın 4-dən sonra İranla artıq hər hansı bir əməkdaşlığı dayandıracaq”.

 

İki il əvvəl İranla əməkdaşlığa başlamış “Oberbank”, Avstriya şirkətləri də daxil olmaqla, İranda sərmayə yatıran Avropa şirkətlərini kreditlə təmin edirdi. 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq şirkəti İranla əməkdaşlığı dayandırıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN