Axund Ələmülhüda: “İsrailin mühasirəyə alınması zəvvarların Kərbəla yolunda “Ya Hüseyn” deməsi ilə mümkün olub”

Axund Ələmülhüda: “İsrailin mühasirəyə alınması zəvvarların Kərbəla yolunda “Ya Hüseyn” deməsi ilə mümkün olub”

GünazTV: Məşhədin imam cüməsi Əhməd Ələmülhüda oktyabrın 18-də namaz xütbələrindəki çıxışında İranın yaradıb dəstəklədiyi Livan “Hizbullah”ı və “Həmas” qruplaşmalarının İsraili “mühasirəyə almasından” və “Ya Hüseyn” şüarının gücündən danışıb.

 

Axund deyib ki, Ərbəin mərasiminin bərəkətlərindən biri odur ki, İsrail artıq Livan “Hizbullah”ı və “Həmas” tərəfindən mühasirəyə alınıb: “İsrailin “Hizbullah” və “Həmas” tərəfindən mühasirəyə alınması İraqa gedən iranlı zəvvarların Kərbəla yolunda “Ya Hüseyn” şüarı səsləndirməsi ilə mümkün olub. Bu isə Ərbəinin bizə bəxş etdiyi bərəkətlərdən biridir” –deyə, Məşhədin imam cüməsi axund Əhməd Ələmülhüda bəyan edib.

 

Əhməd Ələmülhüda, İsrailin necə və nə vaxt mühasirəyə alınması ilə bağlı hər hansı bir dəlil-sübut irəli sürməyib.

 

Qeyd edək ki, İran rejimi “Həmas”a və Livan Hizbullahı”na maliyyə və hərbi yardım göstərdiyini inkar etsə də, dünyanın bir çox ölkələri, o cümlədən də Amerika, İsrail və regionun bir sıra ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan Livan “Hizbullah”ının rəhbəri Şeyx Həsən Nəsrullah bir neçə vaxt əvvəl keçirdiyi bir tədbirdə “Hizbullah”ın bütün büdcəsinin İrandan gəldiyini etiraf edib: “Mən açıq şəkildə bildirirəm ki, “Hizbullah”ın bütün büdcəsini İran İslam Respublikası təmin edir.

 

Livan "Hizbullahı"nın rəhbəri Şeyx Həsən Nəsrullah

 

Daha doğrusu, “Hizbullah”ın yeməyindən, içməyindən tutmuş ta silah-sursat və raketlərinə qədər hər şeyi, hətta bizim alt paltarlarımız da İrandan gəlir. Nə qədər ki, İranın pulu var, bizim də pulumuz olacaq və bunun üçün biz İranın dini lideri Əli Xamneyiyə öz təşəkkürümüzü bildiririk” –deyə, Həsən Nəsrullah bildirmişdi.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN