Axund Məhəmməd Yəzdi: “Konsert keçirmək bəhanəsi ilə rəqqaslığa rəvac verilməsinin qarşısı alınmalıdır”

2019-08-10 10:43

GünazTV: İranda Konstitusiyaya Nəzarət Şurasının üzvü axund Məhəmməd Yəzdi avqustun 9-da jurnalistlərə açıqlamasında ölkənin müxtəlif şəhərlərində konsert keçirilməsindən və gənclərin həmin konsertlərdə rəqs edərək şənlənməsindən gileylənib.

 

Axund Yəzdi deyib ki, ölkənin müxtəlif şəhərlərində keçirilən konsertlərdə şadlıq adı altında Allahın hüquqları pozulur: “Biz ölkə vətəndaşlarının şadlıq etməsinə qarşı deyilik. Lakin şadlıq adı altında Allahın hüququ pozulmamalı, tapdanmamalıdır. Prokurorların üzərinə düşən əsas vəzifələrdən biri insanların hüquqlarını qorumaqdır. Lakin hesab edirəm ki, insanların hüququndan əvvəl Allahın hüququna riayət olunmalıdır.

 

Təəssüflər olsun ki, bəzi şəhərlərdə konsert keçirmək bəhanəsi ilə şadlıq adı altında günah işlədilir, pozğunluğa və sənət adı ilə rəqqaslığa rəvac verilir. Bu isə yolverilməzdir. Düşünürəm ki, konsert keçirilməsinə icazə verilsə də, konsertə qatılanların şadlıq və şənlənmə adı altında rəqqaslıq etməyə, hicabını atmağa haqqı yoxdur və bu kimi əməllərin qarşısı alınmalıdır” –deyə Konstitusiyaya Nəzarət Şurasının 88 yaşlı üzvü axund Məhəmməd Yəzdi əlavə edib.

 

Qeyd edək ki, son illər İranın İrşad Nazirliyi bəzi şəhərlərdə məhdud və nəzarətli konsertlərin keçirilməsinə rəsmi icazə versə də, həmin şəhərlərin imam cümələri və digər ruhanilər,  konsertlərin keçirilməsinə etiraz edir, müxtəlif yollarla onların qarşısını alırlar.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.09.2020: “Amerikada İşsizliyə görə verilən həftəlik müavinətlər 600 dollardan 400 dollara endirildi”.

2020-08-10

gun az article

İranlı rəsmi dövlətin koronavirusla bağlı statistikalarını saxta adlandırıb

2020-08-10

gun az article

Eli Kohen: "İsrail İranın hər bir yerində baş verənlərdən məlumatlıdır"

2020-08-10

gun az article

Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"

2020-08-10

gun az article

İranda daha 2132 nəfər koronavirusa yoluxub, 189 nəfər vəfat edib

2020-08-10

gun az article

Evin həbsxanasında bəzi siyasi məhbuslar koronavirusa yoluxub

2020-08-10

gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09

gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07