Axund Xatəmi: “Raketlərimizin qət edə biləcəyi məsafəni bacardığımız qədər artıracaq, Tel-Əviv və Hayfanı yerlə yeksan edəcəyik"

Axund Xatəmi: “Raketlərimizin qət edə biləcəyi məsafəni bacardığımız qədər artıracaq, Tel-Əviv və Hayfanı yerlə yeksan edəcəyik

 GünAzTV: Dekabrın 8-də Tehranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi, namaz xütbələrindəki çıxışında Amerikaya qarşı sərt bəyanatlar səsləndirərək fələstinliləri İsrailə qarşı üsyana çağırıb.

 

ABŞ prezidenti Donald Trampın iki gün əvvəl Yerusəlimi (Beytülmüqəddəs, Qüds) İsrailin paytaxtı kimi tanımasına toxunan Xatəmi, Tel-Əvivi İranın ballistik raketləri ilə təhdid edərək bildirib ki, fələstinlilər yeni intifazəyə (üsyan) başlamalı, İsrailə bacardığı qədər ziyan yetirməlidir: “Trampın son addımı fələstinlilərə qarşı iki qat qəsbkarlıqdır. Elə buna görə də hesab edirik ki, islam dünyası ayağa qalxıb bu təcavüzün qarşısında dayanmalıdır. Trampın verdiyi bu qərar, son 70 ildə Fələstin mövzusu və məsələsi ilə bağlı aparılmış bütün müzakirələrin üstündən qırmızı xətt çəkdi və məlum oldu ki, Fələstin məsələsinin yeganə həll yolu intifazədir. Çünki İsrailin gününü qara edən də məhz bu İntifazələrdir.

 

Mən, üzümü fələstinlilərə tutub deyirəm ki, nə qədər bu cinayətkar işğalçı rejimə qarşı mübarizə aparıb ona çox zərbə vursanız, Allahın bəyəndiyi bir işi yerinə yetirmiş olarsanız. Biz isə, Ağ ev sakinlərinin yuxusunu pozmaq və zülmkar canavarların mümkün təcavüzünün qarşısını almaq üçün raket istehsal edirik. Biz, raketlərimizin gücünü və qət edə biləcəyi məsafəni bacardığımız qədər  artıracağıq.  Bu isə ona görədir ki, əgər bir gün İsrail bizə qarşı hansısa bir qələt etmək istəsə, biz də Tel-Əviv və Hayfanı yerlə yeksan edəcəyik”.

 

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı axşam saatlarında Ağ evdə televiziya vasitəsilə etdiyi tarixi bir çıxışda Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp, ölkəsinin Tel-Əvivdəki səfirliyini tezlikcə Yerusəlimə köçürücəyi barədə söz verib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN