“Azadi” stadionunun elektron qapısından keçən 8 yaşlı uşaq tokvurmadan ölüb

“Azadi” stadionunun elektron qapısından keçən 8 yaşlı uşaq tokvurmadan ölüb

GünAz TV: Tehranın “Azadi” stadionunun elektron qapısından keçən 8 yaşlı uşağı tok vurub.

 

Hadisə yerinə dərhal həkim briqadası cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və uşaq yerindəcə keçinib.

 

Hadisə dünən gecə “Persopolis” və “Neft Sənayesi” klubları arasında baş tutan görüşdən sonra baş verib.

 

Polisin yaydığı məlumata əsasən, stadionun əməkdaşlarından birinin övladı olan bu uşaq elektron qapıdan keçməyə çalışarkən texniki nasazlıq səbəbindən onu tok vurub və hazırda hadisənin təfərrüatları barədə araşdırmalar davam etdirilir.

 

İranın stadionlarında quraşdırılmış avadanlıqların beynəlxalq standartlara tələb verməməsi, ümumiyyətlə idman mərkəzlərinin əksəriyyətinin bərbad vəziyyətdə olmasına görə, ara-sıra bu cür hadisələr baş verir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN