“Azadlıq radiosunun Azərbaycan dilində verlişinə başlayırıq”

2020-02-04 13:01

GünAz TV: Bu səs Azərbaycan xalqının yaddaşına 1990-cı ilin 20 yanvarından hopub. Sovet qoşunları Bakıya hücum etmişdi. Məlumtsız qalan əhali üçün Televiziya və radiodan xəbər almaq mümkünsüz idi. O, dövrü yaşayanlar  gözəl xatırlayır ki, Azərbaycan xalqının olanlarla bağlı yeganə xəbər aldığı yer Azadlıq radiosu, məhz Mirzə Xəzərin səsi idi. Hər gecə  eyni saatda insanlar qulaqlarını onun səsi  gələn radio dalğasına dayayır, çox çətinliklə eşidilən dalğadan həqiqətləri duyurdu. O, səsin sahibi artıq  əbədiyyətə qovuşdu. Mirzə Xəzər , Almaniyada vəfat edib. 

 

Mirzə Xəzər o gecə təkcə Azərbaycan xalqına dayaq durmamışdı, o həm də Azərbaycan həqiqətlərini dünyaya çatdıran yeganə jurnalist idi. Sovet  təbliğat maşını, Bakıda olanları  dünyadan gizlətmək ücün Azərbaycan xalqına iftira atmışdı. Guya Azərbaycanda dini dövlət qurmaq istəyənlərə qarşı əməliyyat kecirilib. Əllbətdə bu, xəbərə dünya əvvəlcə inanmağa çalışdı və Azərbaycanla bağlı  məlumatları o qədər də önəmsəməmişdirlər. Lakin, Mirzə Xəzərin səsi  yalan pərdəsini aradan qaldırdı. Həmin gecə, Amerika Birləşmiş Ştatlarında olan azərbaycanlılar Həbib Azərsina və Əhməd Obalının dedikləri də bunu sübut edir.

 

  Kim idi Mirzə Xəzər, və onun qəlbindəki Azərbaycan sevgisi hardan qaynaqlanırdı? Milliyətcə yəhudi olan,  Mikayılov Mirzə Kərim oğlu 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir il  Sumqayıt  şəhərində  vəkil işləyib. 1974-cü ildə SSRİ-ni tərk edərək İsrailə mühacirət edib.1976-cı ildən  "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. Daha sonra bu radionun, Azərbaycan redaksiyasının redaktor müavini olub, 1985-ci ildə isə  Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda "Amerikanın Səsi" radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb. 1987-ci ildə yenidən Almaniyaya qayıdıb, və "Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri olub. 1990-cı ilin o dəhşət sacan gecəsini sonradan elə Azadlıq radiosuna verdiyi müsahibəsində belə xatırlayırdı.

 

Dediyim kimi, milliyyətcə yəhudi olan Mirzə Xəzər  hər sözü, vurğusu ilə Azərbaycanlı olduğunu sübut edirdi. O, bu sevgisini də elə xalqımızdan almışdı. Multikultural dəyərlərə sahib olan Azərbaycan, qoynunda böyüdüb bəslədiyi bütün millətlərə sevgi bəxş etmişdi. Böyüyüb, vəyəndən uzaqlara gedən hər bir Azərbaycanlı bu sevgini qorumağa çalışdı. Mirzə Xəzər kimi. Onun səsləndirdiyi, Xəlil Rza Uluturkun “Davam edir 37” şerini dinləyndə  vətən sevgisi, vətən ücün döyünən ürək hiss edilir.

 

Onun  journalist fəaliyyətini izləyənlər, kiçik araşdırma aparanlar gözəl bilir ki, Azərbaycan xalqınin o cətin günlərində Mirzə Xəzər meydanlara çıxan insanlarımıza, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Xəlil Rzanın və Bəxtiyar Vahabzadənin şerləri ilə də dayaq durur, xalqı qəhrəmanlıq tarixini yazmağa çağırırdı. Sovet təbliğat maşınına bildiyi xariçi dillərlə cavab verirdi. Onun ifasında Gülüstan poemasından bir hissəni dinləyək. Seir Azerbaycan xalqinin parcalanmasina usyandir.

 

2003-cü ildə Mirzə Xəzər aktiv journalist fəaliyyətindən ayrıldı.Amma o, öz  üzərində çalışaraq qərb dövlətlərində təhsil almışdı. Mühacirət həyatında o  tərcümələri ilə də Azərbaycana xidmət edib. Mirzə Xəzər Bibliyanı Azərbaycan dilinə tərcümə etmiş şəxsdir.Onun tərcümə etdiyi İncil 1983-cü ildə Xorvatiyada nəşr edilib.O, Tövratı da dilimizə cevirib. Saymaqla bitməz bu Azərbaycan oğulunun vətən üçün etdiklərini. Təəssüfki, o son illər Azərbaycana gələ bilmədi. Amma Azərbaycan xalqı vətənsevər oğlunu həmişə  ehtiram və sevgi ilə anacaq. Allah sənə Rəhmət  eləsin Mirzə Xəzər. Qənirə Ataş, GünAz tv-nin Vaşinqton bürosu.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06

gun az article

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

2020-08-06

gun az article

Mayk Pompeo: “Biz İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcəyik”

2020-08-06

gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05