Azərbaycan “Eurovision-2019” mahnı müsabiqəsinin finalına çıxıb

Azərbaycan “Eurovision-2019” mahnı müsabiqəsinin finalına çıxıb

GünAz TV: Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin final mərhələsinə çıxıb.

 

O, yarımfinal mərhələsində "Truth" mahnısını ifa edib. Azərbaycanla yanaşı, Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

 

Mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

 

Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir.

 

https://www.youtube.com/watch?time_continue=38&v=DJFtbYsn6eY

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN