Azərbaycan İndoneziyaya humanitar yardım göndərib

Azərbaycan İndoneziyaya humanitar yardım göndərib

GünAz TV: Azərbaycan güclü zəlzələyə məruz qalan  İndoneziyaya humanitar yardım göndərib. 

 

Bu barədə mətbuata Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min Amerika Birləşmiş Ştatları (ABŞ) dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

 

Qeyd edək ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkmiş, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.

 

 N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN