Azərbaycan Londonda baş vermiş terroru pislədi

Azərbaycan Londonda baş vermiş terroru pislədi

GünAz TV: Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır.

 

Bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

 

Qeyd olunur ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır:

"Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

 

Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN