Azərbaycanda güclü zəlzələ olub, xəsarət alanlar var

Azərbaycanda güclü zəlzələ olub, xəsarət alanlar var

GünAz TV: Azərbaycan Respublikasında 6 maqnituda gücündə zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq fevralın 5-dən 6-na keçən gecə Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

 

Yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

 

Mediada yayılan məlumata görə, zəlzələ nəticəsində Şamaxı rayonunda bir neçə fərdi evin hasarı uçub, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Zəlzələ nəticəsində bəzi rayonlarda məktəb binalarında çatların əmələ gəldiyi də bildirilir.

 

Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib. Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN