Azərbaycanın yunan-Roma güləşçiləri Dünya ikincisi oldu - VİDEO

Azərbaycanın yunan-Roma güləşçiləri Dünya ikincisi oldu - VİDEO

GünAz TV: İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

 

Azərbaycanın yığma komandası Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb.

 

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

 

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

 

Xatırladaq ki, 2015-ci ildə keçirilən oxşar yarışda komandamız Dünya Kubokunun sahibi olub.

 

Video:

https://www.youtube.com/watch?v=EKzh0zNs5vg

 

https://www.youtube.com/watch?v=lVonFYxPXFM

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN