Azərbaycanlı fəal Mehdi Əjdərinin “Çətəçilər”in mafiya oyunları ilə bağlı açıqlaması

Azərbaycanlı fəal Mehdi Əjdərinin “Çətəçilər”in mafiya oyunları ilə bağlı açıqlaması

GünAzTV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Əjdəri “Çətəçilər” in Azərbaycan  Milli Hərəkatına qarşı mafiya oyunları ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda milli fəallara müraciət edilir: “Bu gün bütün bu çətəbazlıqların və mafiya oyunlarının hamısı bir hədəf daşıyır. O da, paralel cərəyanlar yaradaraq əsəl milli hərəkatçıları ləkələmək və onlara böhtan atmaqdır. Bu təxribatlarla şantajların arxasında bircə hədəf var: İçirədə Abbas bəy Lisanini, xaricdə isə cənab Əhməd Obalını aradan götürmək, onların populyarlığını  əllərindən alıb gözdən saldırmaq və onların imicini zəiflədərək susdurmaq.

 

Bu qərar, İran təhlükəsizlik qüvvələrinin milli fəallara dediyi sözlərdən və onların danışıqlarından bəlli olur. Şəxsən mən özüm, ETTELAAT idarəsinin və onun əməkdaşlarının Abbas bəy Lisaninin və mənim özümün əleyhinə işlətdiyi sözlər və ifadə tərzlərini Taymaz Urmulu, İsmayıl Cavadi, Əfsər Şəhbazi, Əli Şahi və bu tipli adamların yazılarında təkrar olunduğunu görürəm.

 

Elə bir milli fəal yoxdur ki, o tutulandan sonra ETTELAAT idarəsində onlardan Əhməd Obalıya, GünAzTV-yə və Abbas bəy Lisaniyə qarşı ifadə vermələri tələb olunmasın. Daha doğrusu təhlükəsizlik qüvvələri belə bir nəticəyə gəlib çatıblar ki, milli hərəkatda bu iki nəfər (Əhməd Obalı və Abbas Lisani) ən çox təsir gücünə malik adamlardır və onların qarşısı alınmalıdır. Lakin bütün bu təxribatlara baxmayaraq hamıya da bəllidir ki, bu iki böyük insan illər boyu bu savaşı aparıblar və bu mübarizədə bişib təcrübə qazanıblar və aydın məsələdir ki, bu oyunları necə zərərsizləşdirməyi də bacarırlar.

 

Mən Mehdi Əjdəri bir milli fəal olaraq tam əminliklə deyirəm ki, hər kəs bu iki nəfərin (Əhməd Obalı, Abbas Lisani) əleyhinə yazı yazıb yaysa, yaxud danışıb düşünsə və təxribat aparsa, iki haldan xaric deyil. Belə bir şəxs, ya ETTELAAT-ın adamıdı, ya da qısqanc, paxıl, qorxaq və məsələləri bir-birində ayırd etməkdə çətinlik çəkən zəif bir insandır. Çünki belə bir şəxs, bu həssas durumda harda durmağını bilmir. Hər kəs bu iki şərəfli milli fəalın əleyhinə təxribat aparsa və ya onların əleyhinə yazı yazsa, milli hərəkatın düşmənidir və milli hərəkatın düşməni həm də mənim düşmənimdir. Yaşasın, keçmişləri saf və şəffaf olan bu iki əziz fəalımız.

 

Sonunda “Dirəniş” adlı çətə qrupunun, xüsusən də çətə qardaşlarının son vaxtlar xaricdə siyasi qaçqınlara təzyiq göstərərək onlarıdan Əhməd Obalının əleyhinə istifadə etmək cəhdini, eləcə də illərdir ölkə daxilində milli fəalların dözümündən sui-istifadə edib milli hərəkata ağır zərbələr endirən cərəyanları qınayaraq, bütün fəalları bu həssas şəraitdə qorxmamağa və bu kimi təxribatçılar qarşısında səssiz qalmamağa çağırıram”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN