Azərbaycanlı fəal Tohid Əmir Əmininin cinayətkar “Çətəçilər” in Azərbaycan Milli Hərəkatına qarşı təxribatı barədə mülahizələri

Azərbaycanlı fəal Tohid Əmir Əmininin cinayətkar “Çətəçilər” in Azərbaycan Milli Hərəkatına qarşı təxribatı barədə mülahizələri

GünAzTV: Azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini, cinayətkar “Çətəçilər” bandasının Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.

 

Fəalın məsələ ilə bağlı şəxsi mülahizələrini əks etdirən bəyanatında deyilir: “Şübhə yoxdur ki, hər bir mübarizin və istənilən mübarizənin əsas gücü müqavimətdən, yaxud dirənməkdən qaynaqlanır. Elə buna görə də ola bilsin ki, Azərbaycan Milli Dirəniş Təşkilatı da məhz bunu nəzərə alaraq özünə bu adı seçib. Lakin ortaya belə bir sual çıxır ki, görəsən “Dirəniş” adına sözdə yox, əməldə layiq olduğunu sübuta yetirmək üçün bu təşkilat, bu günə qədər fars şovinizmi qarşısında göstərdiyi hansı müqavimətindən bircə nümunəni cəmiyyətin gözü önündə sərgiləyə bilər.

 

Görəsən bu təşkilat, fars şovinizminin Azərbaycan millətinə qarşı rəva gördüyü haqsız ayrı-seçkilik siyasətinə və onun milli hüquqlarını tapdamasına cavab olaraq bu günə qədər hansı müqaviməti göstərərək kütləvi etirazlar, küçə yürüşləri, oturaq aksiyaları və ya etiraz mitinqləri təşkil edib. Təəssüflər  olsun ki, bu təşkilat, bunların nəinki heç birini etməyib, hətta əsl milli cərəyanlar qarşısında paralel iş apararaq və Azərbaycan Milli Hərəkatına daş ataraq onun tanınmış simalarına qarşı təxribat aparmaqla onları gözdən salmağa çalışıb. Biz isə keçmişdən başlayaraq günümüzə qədər faktiki olaraq əməldə bütün bu intriqaların şahidi olmuş, hazırda da oluruq. Bu isə qəbuledilməzdir".

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN