Azərbaycanlı sabiq komandan: "Qasım Süleymani 1990-cı illərdə döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib”.

Azərbaycanlı sabiq komandan:

GünAz TV: Azərbaycan Respublikasının Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev Qasım Süleymani ilə bağlı maraqlı məlumat yayıb. 

 

O bildirib ki, "Qüds Briqadası"nın öldürülmüş komandanı Qasım Süleymani 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlanıb və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib.

 

"Süleymaninin iki agenti Ağdam- Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilib",- deyə Fəhmin Hacıyev vurğulayıb. 

 

Xatırladaq ki, Süleymani yanvarın 2-dən 3-nə keçən gecə Bağdad hava limanı yaxınlığında Amerika hərbi hava qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində öldürülüb. O, Yaxın Şərqdə İrana bağlı terror təşkilatlarını idarə edən əsas fiqur hesab edilirdi. Eləcə də, Qasım Süleymani Bəşər Əsəd ordusu ilə birlikdə minlərlə günahsız suriyalının qətlində iştirak edən başlıca iranlı hərbçi idi. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN