Bağdad hava limanındakı raket hücumunda Qasım Süleymani ilə birlikdə həlak olan digər 4 “Sepah”çının adları açıqlanıb - VİDEOLAR

Bağdad hava limanındakı raket hücumunda Qasım Süleymani ilə birlikdə həlak olan digər 4 “Sepah”çının adları açıqlanıb - VİDEOLAR

GünazTV: Yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdad hava limanının yaxınlığında Amerikanın pilotsuz uçan təyyarələrinin hücumu nəticəsində Qasım Süleymani ilə birlikdə həlak olan digər 4 “Sepah”çının adları açıqlanıb.

 

Bu barədə, “Sepah” terror təşkilatının xarici əməliyyatlarını həyata keçirən “Qüds” briqadasının komandanlığı tərəfindən məlumat yayılıb.

 

Məlumatda bildirilir ki, Amerika qüvvələrinin həyata keçirdiyi hava zərbələri nəticəsində Qasım Süleymani ilə birlikdə “Qüds” briqadasının üzvü olan “Sepah”çılar general Hüseyn Cəfəri Niya, polkovnik Şəhrud Müzəffəri Niya, mayor Hadi Tarəmi və kapitan Vəhid Zamaniyan da yerindəcə həlak olub.

 

Bəyanatda Qasım Süleymaninin kürəkəninin hava zərbələri nəticəsində öldürüldüyü ilə bağlı yayılan xəbər təkzib edilib. Hər 5 “Sepah”çının cənazələrinin qalıqlarının yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

 

Xatırladaq ki, yanvarın 3-ü, gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN