Bağdadda bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb

Bağdadda bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb

GünAz TV: İraqın paytaxtı Bağdadda nümayişlərin davam etdiyi Təhrir meydanında növbəti terror aktı olub.


APA “Anadolu”ya istinadla xəbər verir ki, ilkin açıqlamalara görə, bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.


İraq təhlükəsizlik mənbələrindən verilən xəbərdə bildirilib ki, bomba Təhrir meydanı yaxınlığında parkda yerləşdirilib.


Partlayış paytaxtın bir çox nöqtələrində eşidilib.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN