Bakı FIFA İcraedici Futbol Sammitinin 12 şəhərindən biri seçilib

2017-11-21 15:04

GünAz TV: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

 

FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.

 

O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib.

 

FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir.

 

İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezidentİlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20