Bakıda ticarət mərkəzindəki yanğın baş verib, 6 nəfər xəsarət alıb – VİDEO

Bakıda ticarət mərkəzindəki yanğın baş verib, 6 nəfər xəsarət alıb – VİDEO

GünAz TV: Bu gün Bakıda "Diqlas" ticarət mərkəzində yanğın baş verib, yanğın zamanı 6 nəfər xəsarət alıb.

 

Bu barədə mətbuata Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, xəsarət alanlardan 3 nəfər Fövqəlada Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

 

FHN-nin əməkdaşından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalan 5 nəfər isə tüstüdən yüngül zəhərləndiyindən onlara yerində yardım göstərilib.

 

Qeyd edək ki, Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub. Fövqalədə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər nazirinin müavini Oruc Zalov, Çevik Polis Alayının komandiri Səhlab Bağırov və digər rəsmi şəxslər hadisə yerində olublar. ONA

 

https://www.youtube.com/watch?time_continue=15&v=7BtoKgYKvYw

 

https://www.youtube.com/watch?time_continue=6&v=7BtoKgYKvYw

 

 

https://www.youtube.com/watch?time_continue=19&v=cBF5rOBueZ8

 

 

https://www.youtube.com/watch?v=3ywFoOgj-ww

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN