Bakıda Türk Dili Qurultayı öz işinə başladı

Bakıda Türk Dili Qurultayı öz işinə başladı

GünAz TV: Bu gün Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı öz işinə başlayıb.

 

Musavat.com-un yaydığı məlumatda bildirilir ki, qurultay Yunus Əmrə İnstitutu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi tərəfindən təşkil olunub.

 

Tədbirdə 87-ci Türk Dili Bayramı da qeyd olunub. Qurultayda ölkə daxili və ölkənin xaricindən ümumilikdə 120 elm xadimi, azərbaycanlı tələbə və müəllimlər, türk dilini sevənlər iştirak edirdi.

 

Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir jurnalistlərə açıqlamasında bildirdi ki, XIV qurultayın Bakıda keçirilməsi olduqca əhəmiyyətlidir.

 

Onun sözlərinə görə, tədbirdə elm adamları iştirak edirlər: “Bu qurultay dünyaya bir mesajdır ki, türk dili yaşayır”.

 

Qeyd edək ki, qurultay 3 konfrans zalında keçirilir və türk dili ilə bağlı elm adamları çıxışlar edirlər. Sentyabrın 27-də isə 124 elm adamı Bakının tarixi yerləri ilə tanış olacaq.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN