Bakının işğaldan azad olunmasından 100 il ötür

2018-09-15 05:33

GünAz TV: Nuru Paşanın xilaskar ordusu 100 il öncə Bakını işğalçılardan azad edib.

 

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-cil tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.

 

... 100 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə oldu.

 

Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.

 

Mayın 28-dən əvvəl türk ordu hissələrinin gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.

Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi.

 

Yeri gəlmişkən, 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

 

Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu:

 

«1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi antiazərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı»-deyə tarixçi Musa Qasımlı bildirir.

 

M.Qasımlının sözlərinə görə, Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi.

 

1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.

 

Tarixçi alim M.Qasımlının sözlərinə görə, Qafqaz islam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi: «Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı».

 

Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!» fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu.

 

Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: “Coronovirus dünya insanı ilə hələ bir neçə il qala bilər”

2020-08-03

gun az article

İranda daha 2598 koronavirusa yoluxub, 215 nəfər vəfat edib

2020-08-03

gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01