Barak Obama: "Rusiya, İran və Əsədin əlləri qana bulaşıb"

Barak Obama:

GünAz TV: “Suriyadakı vəhşətin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var”.

 

Bunu Ağ evdə keçirilən ilin sonuncu mətbuat konfransında Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama deyib.

 

Obama çıxışında Hələbdəki son vəziyyət və Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları vasitəsilə müdaxilə cəhdinə xüsusi diqqət ayırıb. ABŞ prezidenti deyib ki, Hələbdə mülki şəxslər hədəfə götürülüb:

“Məsum insanların blokadaya alındığı, aclığa məhkum edildiyi bir strategiya ilə üz-üzəyik. ABŞ diplomatik və siyasi yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm. Suriya məsələsi qarşılaşdığım ən çətin problemlərdəndir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN