Barzani İraq hökuməti ilə razılaşır

Barzani İraq hökuməti ilə razılaşır

GünAz TV: İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Barzani və İraq prezidentinin müavinləri İyad Əllavi və Üsamə Nuceyfi arasında görüş keçirilib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında görüş Süleymaniyə şəhərində baş tutub. Tərəflər problemlərin həlli üçün 4 maddədən ibarət razılıq əldə ediblər.

 

Görüşdə İraqdakı gərgin atmosferin səngiməsi üçün siyasi partiyalar və tərəflər arasında danışıqların başlaması, danışıqların açıq məsələlər üzərindən aparılması, İKM üzərindəki sanksiyaların təxirəsalınmaz şəkildə qaldırılması və ən yaxın zamanda Bağdad ilə Ərbil arasında görüşlərin başlaması barədə razılaşma əldə edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN