Baş nazirə Nobel Sülh Mükafatı verildi

Baş nazirə Nobel Sülh Mükafatı verildi

GünAz TV: 2019-cu ilin Nobel sülh mükafatı Efiopiya baş naziri Abiy Əhməd Əliyə verilib.

 

Nobel komitəsi Eritreya və Efiopiya arasında 1998-ci ildə başlayan müharibənin başa çatmasında xidmətlərinə görə Əhməd Əlini bu mükafata layiq görüb.

 

Abiy Əhməd bundan əlavə Sudandakı çevrilişdən sonra hərbçilərlə mülki əhali arasında keçirilən danışıqlarda da vasitəçilik etmişdi. 

 

Qeyd edək ki, iki ölkə arasında müharibə 2018-ci ildə başa çatıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN