BƏƏ-nin "Ettehad" hava yolları şirkəti də körfəz üzərindən uçuşlarını dayandırıb

BƏƏ-nin

GünAz TV: Əbu Dabidə yerləşən və Birləşmiş Ərəb Əmirliyinin bayrağı ilə uçan "Ettehad" hava yolları şirkəti də körfəz üzərindən uçan təyyarələrinin məsirlərini dəyişdiyini bəyan edib.

 

İyunun 21-də şirkətin bununla bağlı yaydığı açıqlamada qeyd edilir ki, İranın Amerikaya məxsus pilotsuz uçan aparatı körfəz üzərində vurmasından sonra "Ettehad" uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu bölgə üzərindən keçən məsirləri dəyişmək barədə qərar qəbul edib. Açıqlamaya əsasən, dəyişikliklər tezliklə şirkətin rəsmi internet səhifəsində də dərc ediləcək.

 

"Ettehad"dan öncə "Fly Dubai" da daxil olmaqla, BƏƏ-nin digər hava yolları şirkətləri də eyni addımı atdıqları barədə məlumat yaymışdılar.

 

Cümə günün dünyanın bir çox hava yolları şirkəti analoji qərar qəbul etdiklərini və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün daha İran hava sərhədlərindən istifadə etməyəcəklərini bildiriblər.

 

ABŞ-a məxsus PUA-nın vurulmasından sonra iyunun 20-də Amerika Aviasiya İdarəsi İranın nəzarətində olan Hörmüz boğazının bir hissəsi və Oman dənizi üzərində uçuşların dayandırıldığı barədə məlumat yaymışdı. Bu qərarın səbəbinin qeyd edilmiş hadisədən sonra Amerika ilə İran arasında gərginliyin artması olduğu bildirilirdi.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN