BƏƏ rəsmisi: “İran müzakirədən əvvəl ərəb ölkələrinin daxili işlərinə qarışmağına son qoymalıdır”

BƏƏ rəsmisi: “İran müzakirədən əvvəl ərəb ölkələrinin daxili işlərinə qarışmağına son qoymalıdır”

GünAzTV: Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qərqaş,  fevraqlın 21-də şəxsi “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran rəsmilərinin regional təhlükəsizlik məsələlərlə əlaqədar körfəz ölkələri ilə müzakirələr aparılmasının vacibliyi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Ənvər Məhəmməd Qərqaş bildirib ki, əgər İran həqiqətən də bölgənin ərəb ölkələri ilə ixtilaflarını həll etmək istəyirsə, birinci addımda onların daxili işlərinə müdaxiləsini dayandırmalıdır: “İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, ərəb körfəzində bölgəsəl danışıqların aparılmasını istəyib. Biz isə hesab edirik ki, rəsmi Tehran hər hansı bir ciddi və təbliğatdan uzaq müzakirənin aparılması üçün ilk növbədə qonşularının, o cümlədən də ərəb ölkələrinin daxili işlərinə qarışmağına son qoymalıdır”.

 

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, fevralın 19-da Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında çıxış edərək, region ölkələri arasında mövcud ixtilafların aradan qaldırılması üçün danışıqlar aparılmasını təklif etmişdi: “Region ölkələri, aralarındakı ixtilaf və çaxnaşmaya son qoymalı və bölgədə təhlükəsizlik sahəsində bir razılaşmanın əldə olunması üçün bir-biri ilə danışıqlar aparmalıdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN