Bəhram Qasimi: “İrandadakı selin dağıdıcı nəticələrinə görə Amerika hökuməti məsuliyyət daşımalıdır”

2019-04-08 00:36

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi aprelin 7-də Livanın “Əl-Əhd” agentliyinə açıqlamasında üç həftədir İranda davam edən daşqın və selin ağır və acınacaqlı fəsadlarına görə Amerikanı günahlandırıb.

 

Qasiminin açıqlaması, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Amerikanın İranda seldən zərər çəkənlərə yardım etməyə hazır olmasını bildirməsindən və İran hakimiyyətini bununla bağlı səriştəsizlikdə günahlandırmasından beş gün sonraya təsadüf edib.

 

Amerikanı İranın Qızıl Aypara Cəmiyyətinin bank hesablarını bağlamaqda günahlandıran Bəhram Qasimi bildirib ki, İranda baş verən selin ağır nəticələrinin məsulu Vaşinqtondur: “Amerika İranın Qızıl Aypara Cəmiyyətinin bank hesablarını bağlayaraq, xarici yardımların ölkəmizə çatdırılmasına mane oldu. Amerika hökuməti İranda baş vermiş son daşqın və selin dağıdıcı nəticələrinə görə məsuliyyət daşımalıdır. Biz bütün dünyaya elan etmişik ki, humanitar məsələlərdə bu kimi hərəkətlər qəbuledilməzdir. Hətta böyük müharibələrdə də, hamının gördüyü kimi heç kəs, dünyada Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyətinin qarşısını ala bilməz”-deyə Bəhram Qasimi əlavə edib.

 

Yayılan məlumatlara əsasən, rəsmi Tehran Amerikanı İranın Qızıl Aypara Cəmiyyətinin bank hesablarını bağlamaqda günahlandırlsa da, Amerika hökuməti bu günə qədər İranın Qızıl Aypara Cəmiyyətinə qarşı hər hansı bir sanksiya tətbiq etməyib.

 

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin ictimaiyyətlə əlaqədar bölməsinin bir rəsmisi isə iki gün əvvəl jurnalistlərə açıqlamasında bu qurumun İranda təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göstərməyə hazır olduğunu bildirib: “Əgər İranın Qızıl Aypara Cəmiyyəti bizdən yardım istəsə, Beynəlxalq Qızıl Xaç Komitəsinin İrana humanitar yardım çatdırması üçün hər hansı bir məhdudiyyət yoxdur”-deyə həmin şəxs vurğulayıb.

 

ABŞ-ın dövlət katibi Mayk Pompeo

 

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo aprelin 2-də bəyanat yayaraq, Amerika hökumətinin İranda seldən zərər çəkimişlərə yardım göstərməyə hazır olduğunu bildirib. O, İranlı həmkarı Məhəmmədcavad Zərifin seldən ziyan çəkənlərə yardım çatdırılması işinə guya Amerika sanksiyalarının mane olması ilə bağlı bəyanatını rədd edərək deyib ki, selə və onun ağır fəsadlarına İran rəhbərlərinin səriştəsizliyi səbəb olub: “Amerika Birləşmiş Ştatları Beynəlxalq Xaç Komitəsi və Beynəlxalq Qızıl Aypara Cəmiyyəti vasitəsilə İranda seldən zərər çəkən insanlara yardım göstərməyə hazırdır. Bu iki beynəlxalq qurum, bizim yardımımızı İranın Qızıl Aypara Cəmiyyətinə çatdıra bilərlər.

 

Bu olay, İran hakimiyyətinin böhranlı və fövqəladə şəraitlərə hazırlıqlı olmaması və şəhər planlarının düzgün qurulmaması ilə bağlı səriştəsizliyini bir daha ortaya qoydu. İran hakimiyyəti ölkədə baş vermiş təbii fəlakətə görə, xarici qurumları günahkar kimi göstərməyə çalışır. Halbuki, bu faciəyə İran hakimiyyətinin öz səriştəsizliyi səbəb olub”-deyə Pompeo əlavə edib.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11

gun az article

Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"

2020-07-11

gun az article

İran parlamentinin Şuştərdən seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10

gun az article

Pompeo: "Yaxın Şərqi İranın raket təhdidindən qorumaq Amerikanın öhdəliyidir"

2020-07-10

gun az article

Tehranda yenidən partlayış səsləri eşidilib

2020-07-10

gun az article

İranın Şiraz, Qorqan və Məşhəd şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-10

gun az article

"İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşır"- İranın İrəvandakı səfiri

2020-07-09

gun az article

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

2020-07-09

gun az article

GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09

gun az article

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə araq içməkdə günahlandırılan məhkum dara çəkilib

2020-07-09

gun az article

Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"

2020-07-09