Bəhram Qasimi İranın Fransada səfiri vəzifəsinə təyin edilib

Bəhram Qasimi İranın Fransada səfiri vəzifəsinə təyin edilib

GünazTV: İran Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Bəhram Qasimi İranın Fransadakı səfiri vəzifəsinə təyin edilib.

 

Bildirilir ki, Qasiminin səfir postuna təyin edilməsi ilə bağlı təklif, martın 8-də xarici işlər naziri Məhəmmədcavad Zərif tərəfindən irəli sürülüb və prezident Həsən Ruhani həmin təklifi qəbul etdikdən sonra o, İranın Fransada yeni səfiri postuna təyin edilib.

 

Qasimi, 2016-cı ilin iyul ayından bu yana İran Xarici İşlər Nazirliyinin sözçüsü kimi fəaliyyət göstərirdi. O, bundan əvvəl İran Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, bir müddət əvvəl isə Strateji Tədqiqatlar Mərkəzinin Beynəlxalq Araşdırmalar bölməsinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdi.

 

İran Xarici İşlər Nazirliyində Bəhram Qasimini əvəz edəcək yeni sözçünün kim olacağı barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN