Bəhram Qasimi: “İranın raket proqramı müzakirə olunası məsələ deyil”

Bəhram Qasimi: “İranın raket proqramı müzakirə olunası məsələ deyil”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi oktyabrın 6-da jurnalistlərə açıqlamasında ölkəsinin raket proqramının bəzi detalları barədə Qərblə danışıqlara hazır olması ilə bağlı “Röyters” agentliyinin yaydığı xəbəri təkzib edib.

 

Qasimi bildirib ki, İranın raket proqramı müdafiə xarakteri daşıyır və bu proqramı hər hansı bir müzakirə mövzusu ola bilməz: “İranın raket proqramı müzakirə olunası məsələ deyil. Bizim rəsmilər dəfələrlə, istər səsləndirdikləri açıq bəyanatlarında və ya verdikləri müsahibələrdə, istərsə də xarici ölkələrin rəsmiləri ilə görüşlərində bunu bəyan ediblər. İran İslam Respublikası hesab edir ki, onun apardığı raket proqramı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsinə zidd deyil və onu pozmur.

 

Müdafiə xarakterli raket proqramı sahəsində fəaliyyət aparmaq İranın haqqıdır və sözsüz ki, biz bu proqramı təyin edilmiş bir müdafiə strategiyası çərçivəsində bundan sonra da davam etdirəcək”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN