Bəhram Qasimi: “Küveytin Tehrandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb”

Bəhram Qasimi: “Küveytin Tehrandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb”

GünAzTV: Küveytin Tehrandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Nazirliyin sözçüsü Bəhram Qasimi iyulun 20-si axşam saatlarında jurnalistlərə açıqlamasında xəbər verib.

 

15 İran diplomatının Küveytdən qovulması mövzusuna toxunan Bəhram Qasimi, Küveyt rəsmilərinin məsələ ilə bağlı İrana qarşı irəli sürdüyü ittihamları əsassız sayaraq rədd edib “Təəssüflər olsun ki, Küvet rəsmiləri bölgənin indiki həssas durumunda mövcud çaxnaşmaların azaldılması istiqamətində hərəkət etmək əvəzinə, bir sıra reginal macəraçı tərəflərin təzyiq və təhrikinə uyaraq İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürərüb. İran İslam Respublikasının “Əl-Əbdüli” işi və məsələsi ilə heç bir əlaqəsi yoxdur və biz bunu keçmişdə Küveyt rəsmilərinə bildirmişik”.

 

İran Xarici İşlər Nazirliyinə çağırılan Küveyt rəsmisinə baş vermiş olayla bağlı etiraz bildirildiyini vurğulayan Bəhram Qasimi bildirib ki, İranın da Küveytin ölkəmizdəki diplomatlarına qarşı eyni addımı atmağa hüququ var və bu haqqı özü üçün qoruyub saxlayır.

 

 

Küveyt hökuməti İranın bu ölkədəki səfirliyinin 15 diplomatını ölkədən qovub. İranlı “Diplomat”lara ölkəni tərk etmələri üçün 45 gün vaxt verilib. Bu barədə “Sky News Arabia” telekanalı iyulun 20-də Küveyt informasiya nazirinə istinadla məlumat yayıb.

 

Küveytli nazir bildirib ki, İranın bu ölkədəki ticarət üzrə nümayəndəliyi, eləcə də onun hərbi və mədəniyyət attaşelikləri bağlanmalı, İranın Küveytdəki diplomatlarının sayı 19-dan 4-ə enməlidir: “Biz Küveyt məhkəməsinin İrana bağlı “Əl-Əbdüli” casusluq şəbəkəsi üzvlərinə qarşı qərarını nəzərə alaraq bu barədə İrana qarşı diplomatik tədbir gördük”.

 

Küveyt hökuməti ölkədə gizli fəaliyyət göstərən “Əl-Əbdüli” şəbəkəsini “Sepah” və Livan “Hizbullah”ı ilə əlaqədə olmaqda, İranda hərbi təlim keçməkdə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxaraq Küveytin bir sıra həssas qurum və sahələrinə aid məlumatlar toplayaraq İran İslam Respublikasına ötürməkdə günahlandırıb. “Əl-Əbdüli” casusluq şəbəkəsi 2015-ci ildə Küveyt təhlükəsizlik qüvvələrinin paytaxtın yaxınlığında yerləşən qərargahına hücumundan sonra zərərsizləşdirilərək onun 20-dən çox üzvü yaxalanıb. Tutulanlardan külli miqdarda silah-sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

 

Küveyt Ali Məhkəməsi, “Sepah”a casusluqda günahlandırılan həmin şəxsləri uzunmüddətli həbsə məhkum etsə də, iyulun 17-də onların bir sürət qayığında dəniz yolu ilə İran İslam Respublikasına qaçdığı barədə məlumat yayılmışdı.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN