Bəhram Qasimi: “Ölkənin raket proqramı haqda heç kəslə danışıqlar aparmayacaq, heç kəsin sözünü qəbul etməyəcəyik”

Bəhram Qasimi: “Ölkənin raket proqramı haqda heç kəslə danışıqlar aparmayacaq, heç kəsin sözünü qəbul etməyəcəyik”

 GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 20-də dövlət televiziyasına açıqlamasında Fransanın xarici işlər naziri Jan İv Le Drianın Tehrana mümkün səfərindən və ölkənin raket proqramından danışıb.

 

Qasimi bildirib ki, İran rəsmiləri ölkənin müdafiə və raket proqramı barədə heç kəslə danışıqlar aparmayacaq: “Biz Fransa rəsmilərinin, o cümlədən də xarici işlər naziri Jan İv Le Drianın  ölkəmizə mümkün səfərini müsbət qarşılayır və onun bu səfəri tezləşdirməsini istəyirik. Çünki bizim ona söyləməyə çoxlu sözümüz var. Lakin hesab edirik ki, Fransa rəsmiləri öz hesablamalarında səhvə yol verməməli, keçiriləcək görüşlərdə İranın qırmızı xətti sayılan raket proqramı məsələsinə toxunmamalı, bu barədə fikir irəli sürməməlidir.

 

İran rəsmiləri, Fransa xarici işlər naziri ilə, onun tanışlığı az olan mövzularda söhbət aparmaq niyyətindədirlər. İki tərəfli görüşlərdə, İran rəsmilərinin Jan İv Le Drianla danışacağı mövzulardan biri də İŞİD-ə qarşı mübarizə və radikalizm məsələsidir. Biz, Fransa xarici işlər nazirinə xatırladırıq ki, əgər İranın terrorizmə qarşı mübarizəsi olmasaydı, bu gün Fransa küçələri, təhlükəsizlik qüvvələrinin terrorçularla qarşıdurmasının daha çox şahidi olacaq idi.

 

Bir daha bildiririk ki, İran İslam Respublikasının bir sıra məsələlərdə özünə məxsus qırmızı xətləri var və bizölkəmizim müdafiə və raket proqramı haqda, eləcə də bizim milli mənafeyimizlə əlaqədar olan mövzularda heç kəslə danışıqlar aparmayacaq və heç kəsin sözünü qəbul etməyəcəyik”.

 

Qeyd edək ki, son vaxtlar, Yəməndəki İran tərəfdarı şiə-husilərin Ər-Riyada atdığı raketlər, bir sıra region ölkələrinin və onların avropalı müttəfiqlərinin nigaranlığına səbəb olub. Həmin raketlərin İranda istehsal edildiyi bildirilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN