Bəhram Qasimi: “Pakistanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb”

Bəhram Qasimi: “Pakistanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb”

GünazTV: 4 gün əvvəl Zahidan şəhəri yaxınlığında “Sepah” avtobusuna qarşı intihar hücumuna görə Pakistanın Tehrandakı səfiri xanım Rəfət Məsud İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi fevralın 17-də jurnalistlərə açıqlama verib. 

 

Qasimi bildirib ki, Xarici İşlər Nazirliyində keçirilən görüşdə Zahidanda törədilmiş terror aktına görə Pakistan səfirinə İranın rəsmi etiraz notası verilib: “Səfir Rəfət Məsudla görüşdə İranın Pakistan hökumətindən gözləntiləri açıqlanıb. Bildirilib ki, İran İslam Respublikası Pakistan hökumətindən və onun ordusundan bu ölkənin sərhədyanı məntəqələrində ölkəmizə qarşı fəaliyyət göstərən terrorçu qruplaşmalara və onların hərbi bazalarına qarşı qətiyyətli addım atmasını gözlyir. Görüşdə həmçinin Pakistan hökumətindən istənilib ki, bu qruplaşmaların terror aktları törətməklə ölkələrimiz arasındakı etimada xələl gətirməsinə bir daha imkan verməsin”.

 

Pakistan səfiri, rəsmi Tehranın etirazını İslamabada çatdıracağına söz verib.

 

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında Sistan-Bəlucistan əyalətində “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı intihar hücumunda 27 “Sepah”çı həlak olub, 17-si yaralanıb. Hadisə, Xaş-Zahidan yolu istiqamətində olan Çanəli məntəqəsində baş verib. Naməlum intiharçı şəxs, idarə etdiyi bomba dolu avtomobili “Sepah” avtobusuna çırpıb. Nəticədə 27 “Sepah”çı yerindəcə həlak olub, 17-si ağır yaralanıb.

 

"Sepah" avtobusuna qarşı intihar hücumunda ölən "Sepah"çılar

 

Olaydan az sonra, İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını bildirən, hərbi bazaları Pakistanın muxtar Bəlucistan əyalətində olan “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq, “Sepah” avtobusuna qarşı həyata keçirilən intihar hücumunun məsuliyyətini öz üzərinə götürüb.

 

"Ceyş ül-Ədl" (Ədalət ordusu) təşkilatının yaraqlıları

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN