Bəhram Qasimi: “Səudiyyə Ərəbistanının vəliəhdi bölgənin məşhur diktatorlarının qaçılmaz taleyi haqda düşünməlidir”

Bəhram Qasimi: “Səudiyyə Ərəbistanının vəliəhdi bölgənin məşhur diktatorlarının qaçılmaz taleyi haqda düşünməlidir”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi noyabrın 24-də jurnalistlərə açıqlamasında Səudiyyə Krallığının vəliəhdi Məhəmməd Bin Salmanın İranın lideri Əli Xamneyiyə qarşı səsləndirdiyi təhqir dolu bəyanatına reaksiya verib.

 

Qasimi deyib ki, dünyada Məhəmməd Bin Salmanın sözlərinə əhəmmiyyət verən yoxdur: “Səudiyyə Ərəbistanı vəliəhdinin davranış və rəftarı, eləcə də onun səsləndirdiyi çiy, bayağı və düşünülməmiş bəyanatları səbəb olub ki, dünya arenasında heç kəs onun bu kimi sözlərinə əhəmmiyyət və fikir verməsin. Səudiyyə Ərəbistanı vəliəhdinin buraxdığı səhvlər, bu ölkənin köhnə və ənənəvi müttəfiqlərini təşviş və zəhmətə salıb. Onun buraxdığı son səhvlərindən biri də, Livanın daxili işlərinə qarışması və bununla bağlı baş verən rüsvayçılıq idi.

 

Biz, Səudiyyə vəliəhdinə tövsiyə edirik ki, əgər o bölgənin məşhur diktatorlarının rəftrar və davranışını özünə nümunə götürmək istəyirsə, bir az da onların son illərdə şahidi olduğumuzu qaçılmaz taleyi haqqında düşünsün”.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman noyabrın 23-də Amerikanın “Nyu-York Tayms” qəzetinə müsahibəsində Əli Xamneyiyə qarşı sərt bəyanatlar səsləndirib.

 

                                               Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman

 

İranın qonşularının daxili işlərinə qarışmasına toxunan Bin Salman, İrandakı ekstremist şiə axundların, o cümlədən də Xamneyinin region üçün təhlükəsindən danışıb.

 

Xamneyini Orta Şərqin “yeni Hitleri” adlandıran vəliəhd, deyib ki, İranın bölgədə yürütdüyü dağıdıcı, ekspansionist və radikal dini siyasətinin qarşısını almaq üçün Orta Şərqdə regional bir koalisiya formalaşmaqdadır: “Təcrübə göstərib ki, İrandakı yeni Hitlerlə sazişə girib onu razı salmaq və ona güzəştə getmək siyasəti uğursuz alınıb və bu yolda göstərilən bütün cəhdlər nəticəsiz qalıb.

 

Bizim avropalıların İkinci Dünya Müharibəsindəki təcrübəsindən öyrəndiyimiz odur ki, bu işdə sazişə girmək və belə bir şəxs qarşısında güzəştə getmək siyasəti heç vaxt nəticə verməyəcək. Biz, İranda peyda olmuş yeni Hitlerlə saziş etməyimizlə İkinci Dünya Savaşı zamanı Avropada baş verənlərin Orta Şərqdə təkrar olunmasını istəmirik və buna yol verməyəcəyik”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN