Bəhreyn hökuməti: “Sepah”la əlaqədə olan terrorçu qruplaşmanın 14 üzvü tutulub”

Bəhreyn hökuməti: “Sepah”la əlaqədə olan terrorçu qruplaşmanın 14 üzvü tutulub”

GünAzTV: Bəhreyn Daxili İşlər Nazirliyi martın 26-da bəyanat yayaraq “Sepah”la əlaqədə olan bir terrorçu qruplaşmanın 14 üzvünün tutulması barədə məlumat yayıb.

 

Bəyanatda bildirilir ki, “Sepah”ın “Qüds” qanadının birbaşa nəzarətində fəaliyyət göstərən qruplaşmanın üzvləri, ölkədə terror əməliyyatlarını həyata keçirməyi və Bəhreynin bir sıra tanınmış şəxsiyyətlərini qətlə yetirməyi planlaşdırıbmış: “Tutulanlardan 6-sı İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” nəzarətində idarə olunan bir hərbi bazada, 5-i İraqdakı “Kətaib-i Hizbullah” qruplaşmasında, 3-ü isə Bəhreyndə  təlim keçiblər.

 

Həmçinin, ikisi İran sakini olan həmin qruplaşmanın üzvləri, bu ilin fevral ayında Bəhreyndə 5 polisin yaralanması ilə nəticələnən hüquq-mühafizə qüvvələrinə məxsus bir avtobusa qarşı bombalı hücumda günahlandırılır”.

 

Bəyanatda tutulanların adları açıqlanmasa da, onların hazırda dindirildiyi və məsələnin araşdırıldığı bildirilir.

 

Qeyd edək ki, Bəhreyn hökuməti bundan əvvəl də dəfələrlə İranı bu ölkənin daxili işlərinə qarışmaqda və müxalif şiələrə maddi və hərbi yardım göstərməkdə günahlandırsa da, rəsmi Tehran bu iddiaları rədd edib.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN