Bəhreyn: “İrana bağlı terrorçu qruplaşmanın üzvləri yaxalanıb”

Bəhreyn: “İrana bağlı terrorçu qruplaşmanın üzvləri yaxalanıb”

GünAzTV: Bəhreyn Daxili İşlər Nazirliyi bəyanat yayaraq bu ölkədə İran rejiminə, o cümlədən də “Sepah”a bağlı terrorçu qruplaşma üzvlərinin tutulmasından xəbər verib. Bu barədə “Eramnews” saytı iyunun 29-da məlumat yayıb.

 

Nazirliyin bəyanatında bildirilir ki, Bəhreyn təhlükəsizlik qüvvələrinin bir neçə gün əvvəl ölkənin “Əl-Deyr” məntəqəsində keçirdiyi qabaqlayıcı əməliyyatda İran rejimi ilə birbaşa əlaqədə olan  və ölkədə təxribat törətmək üçün “Sepah”dan göstəriş alan terrorçu qruplaşmanın üzvləri heç bir terakt törətmədən zərərsizləşdiriliblər. Tutulanlardan külli miqdarda partlayıcı maddə aşkaralanaraq götürüldüyü bildirilir.

 

Bəyanatda qeyd olunur ki, 5 və 2 nəfərlik dəstələrdə fəaliyyət göstərən, bundan əvvəl ölkənin bir neçə məntəqsində teraktlar törədən terrorçular, partlayıcı maddələr hazırlayaraq onların video-lentini İran təhlükəsizlik qurumlarına və “Sepah” komandirlərinə göndərərək həmin maddələr haqqında  “Sepah”dan məsləhət alıblar.

 

 

Bəhreyn Milli Təhlükəsizlik Təşkilatının rəhbəri, general Tariq Bin Həsən əl-Həsən isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, tutulan terrorçular partlayıcı maddələr hazırlamaq üçün bir neçə dəfə İrana səfər edərək bu ölkədə təlim keçiblər: “Başçıları hazırda İranda olan həmin terrorçu dəstənin üzvləri bəhreynli gəncləri müxtəlif bəhanələrlə İrana və İraqa apararaq, “Sepah”ın hərbi bazalarında onlara təlim keçirlər. Tutulanlardan biri isə öz etirafında bildirib ki, o, İranda hərbi təlim keçdikdən sonra “Sepah”ın göstərişlərini həyata keçirmək üçün onların qayığı ilə öz ölkəsinə qayıdıb”.

 

General Tariq Bin Həsən əl-Həsən, tutulanların təxribatçı fəaliyyəti ilə bağlı dindirilmələrin davam etdiyini və məsələnin araşdırıldığını bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN