Bəhreyn qüvvələri İrana qaçmağa çalışan terrorçu dəstənin 3 üzvünü öldürüb

Bəhreyn qüvvələri İrana qaçmağa çalışan terrorçu dəstənin 3 üzvünü öldürüb

GünAzTV: Bəhreyn qüvvələri terrorçu fəaliyyətlərdə şübhələnərək axtarışda olan terrorçu dəstənin 3 üzvünü İrana qaçmağa cəhd göstərərkən öldürüb. Bu barədə, Bəhreynin polis rəisi Tariq Həsən fevralın 9-da jurnalistlərə açıqlamasında məlumat verib.

 

Tariq Həsən bildirib ki, Bəhreynin milli təhlükəsizliyinə qarşı silahlı fəaliyyətdə, bir neçə polis əməkdaşını qətlə yetirməkdə və Mənamənin cənubundakı “Cu” həbsxanasına silahlı hücumda günahlandırılan İran tərəfdarı terroçular, bir qayığa minib İrana qaçmağa cəhd göstərərkən atışma yaranıb: “İrandakı terrorçu ünsürlərlə əlaqədə olan bu 3 şəxs, daha 7 nəfərlə birlikdə Bəhreyn limanlarından birini qayıqla tərk edərək İrana doğru istiqamət götürmüşdülər. Həmçinin bəlli olub ki, ölkəmizin su sərhədlərindən kənarda bəzi terrorçu qüvvələr həmin şəxsləri İrana köçürmək üçün onların yolunu gözləyirmişlər.

 

Qüvvələrimiz terrorçuların qayığını saxlamağa cəhd edərkən, onlar qayığı saxlamaq əvəzinə odlu silahlardan atəş açaraq polis əməkdaşlarımıza müqavimət göstəriblər. Beləliklə də yaranmış qarşıdurma nəticəsində terrorçulardan 3-ü öldürülüb, 7-si isə yaxalanıb. Bəhreyn polis rəsi öldürülən və tutulan terrorçuların adlarını açıqlamayıb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN