Bəhreyndə 60 ölkənin iştirakı ilə İranın körfəzdəki təhdidlərilə bağlı toplantı keçirilib

Bəhreyndə 60 ölkənin iştirakı ilə İranın körfəzdəki təhdidlərilə bağlı toplantı keçirilib

GünAz TV: İsrail də daxil olmaqla, dünyanın 60 ölkəsinin nümayəndəsi Bəhreyndə İranın körfəzdə beynəlxalq gəmiçiliyə qarşı yaratdığı təhdidlə bağlı toplantı keçirib.

 

Toplantı zamanı Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətləri, eləcə də Səudiyyə Ərəbistanı İranın beynəlxalq sularda üzən gəmilərə qarşı həyata keçirdiyi hücumları qınayıblar.

 

İclasda çıxış edən Bəhreynin Xarici İşlər naziri Xalid bin Əhməd Əl-Xəlifə bildirib ki, bütün iştirakçılar öz ölkələrini və millətlərini bədxah dövlətlərdən qorumaq üçün birgə addımlar atmalıdırlar.

 

Bəhreynlər diplomatik münasibətləri olmamasına rəğmən, İsrail də iki gün keçirilmiş toplantıya qatılıb.

 

Görüş iştirakçıları fevral ayında Varşavada Yaxın Şərq mövzusunda keçirilmiş konfransda yaradılmış Dəniz və Aviasiya İşçi Qrupunun üzvləri olublar.

 

Bütün ölkələrin nümayəndələri İranın beynəlxalq dəniz traffikinə qarşı yaratdığı təhdidləri və onunla mübarizə yollarını müzakirə ediblər.

 

Qeyd etmək lazımdır ki, cari ilin yay aylarında İran körfəzdə və Omman dənizində bir neçə gəmiyə hücum həyata keçirmişdi. Bundan sonra Amerika Birləşmiş Ştatları İranın beynəlxalq sularda təhdidlərinə qarşı birgə koalisiya yaratmaqla bağlı dünya ölkələrinə təşəbbüs irəli sürmüşdü. İlk dövrlər Avropa ölkələri buna qarşı çıxmışdı. Lakin daha sonralar Böyük Britaniya da ABŞ-ın qurduğu koalisiyaya qoşulmuşdu.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN