Bəhreyndə “Sepah”a bağlı terrorçu dəstənin 116 üzvü yaxalanıb

Bəhreyndə “Sepah”a bağlı terrorçu dəstənin 116 üzvü yaxalanıb

GünAzTV: Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusuna “Sepah” bağlı terrorçu dəstənin 116 üzvü tutulub. Bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi martın 3-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Bəhreyn polis və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi qabaqlayıcı əməliyyatda, ölkədə həyata keçirilməsi planlaşdırılan bir sıra terror aktlarının qarşısı alınıb, terrorçu dəstənin üzvləri zərərsizləşdirilib: “İranın Bəhreyn Krallığının daxili işlərinə qarışmasının qarşısını almaq məqsədilə, təhlükəsizlik qüvvələrimizin keçirdiyi qabaqlayıcı əməliyyatda, “Sepah” tərəfindən dəstəklənən 116 terrorçu yaxalanıb. Tutulanlardan 48-i “Sepah”ın İran, İraq və Livandakı düşərgələrində hərbi təlim keçmiş terrorçulardır. Terrorçular, bombaların necə hazırlanması və quraşdırılması, nəqli, ölkə rəsmilərinə və dövlət qurumlarına qarşı silahlı hücumların necə təşkil olunması barədə “Sepah” qərargahlarında hərbi təlim keçdikdən sonra Bəhreynə göndərilmişdilər.

 

“Sepah” tərəfindən yaradılan və dəstəklənən terrorçu qruplaşmanın üzvləri, Bəhreyn rəhbərlərinə, təhlükəsizlik rəsmilərinə və qurumlarına qarşı sui-qəsd, eləcə də ölkə iqtisadiyyatına zərbə vurmaq məqsədilə gəmilərə və neft təsisatlarına qarşı silahlı hücumlar planlaşdırıbmış. Lakin onların bu planı baş tutmayıb və terrorçular hər hansı bir terror aktı törətmədən yaxalanıb. Terrorçulardan külli miqdarda silah-sursat, 42 kiloqram güclü partlayıcı maddə, cürbəcür bombaların hazırlanmasında istifadə edilən 757 kiloqram maddə, çoxlu sayda qumbara və kalaşnikov avtomatı aşkarlanaraq, götürülüb”.

 

 

Qeyd edək ki, son illər Bəhreyn hökuməti dəfələrlə İranı bu ölkənin daxili işlərinə qarışmaqda və bu ölkədəki radikal şiə qruplaşmalarına dəstək verməkdə günahlandırsa da, rəsmi Tehran bu ittihamları rədd edir.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN