Bəhruz Kamalvəndidən Turquzabadla bağlı açıqlama: “Məsələni çox şişirdirlər”

Bəhruz Kamalvəndidən Turquzabadla bağlı açıqlama: “Məsələni çox şişirdirlər”

GünAz TV: İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi dünya birliyini Turquzabadda tapılmış uran izlərini “şişirtmək”də ittiham edib.

 

O bildirib ki, əslində bu, “kiçik məsələ”dir, çünki “uça bilən zərrəciklər hər yerdə ola bilərlər”.

 

Sözçü dünya mediasını məsələni “həddən artıq qabartmaq” da günahlandırıb və qaranlıq məqamların tezliklə aradan qaldırılacağını deyib.

 

Qeyd etmək lazımdır ki, ötən il İsrailin Baş naziri Benyamin Netanyahu İranın Turquzabadda gizli nüvə fəaliyyətləri göstərdiyi barədə dünya birliyinə sənədlər təqdim etmişdi.

 

Bəhruz Kamalvəndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qadın müfəttişinin İranda saxlanılmasından da danışıb və bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

 

O, Pompeonun müfəttiş ətrafında baş vermiş qalmaqalı İranın digər müfəttişləri qorxutmaq üçün yaratmasıyla bağlı dediklərini də “əsassız” adlandırıb.

 

Sözçü gələn günlərdə Fordo Nüvə Kompleksində uranın zənginləşdirilməsi potensiyalının artırılacağını deyib. Kamalvəndinin sözlərinə görə, hazırda təmsil etdiyi quruma yalnız 5% zənginləşdirmə ilə bağlı göstəriş verilib, lakin lazım gələrsə, təşkilat bunu 20-dən 60%-ə qədər yüksəltməyə qadirdir.

 

Qeyd etmək lazımdır ki, rəsmi Tehran öz nüvə öhdəliklərini azaltmaq istiqamətində noyabrın 6-dan start verdiyi 4-cü addım çərçivəsində uranı zənginləşdirməyə başlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN