Belçikanın KBC maliyyə qrupu İranla bank köçürmə əməliyyatlarını məhdudlaşdırıb

Belçikanın KBC maliyyə qrupu İranla bank köçürmə əməliyyatlarını məhdudlaşdırıb

 GünAzTV: Belçikanın KBC maliyyə qrupu iyunun 7-də bəyanat yayaraq İranla bank köçürmə əməliyyatlarını məhdudlaşdırmasından xəbər verib.

 

Bəyanatda bildirilir ki, qrupun İran bankları ilə əməkdaşlığı məhdudlaşdırması, Amerikanın İrana qarşı tətbiq etməyə başladığı yeni sanksiyalara görədir: “Amerikanın nüvə sazişindən çıxdığını elan etməsindən dərhal sonra biz, İrandakı fəaliyyətimizi bəzi humanitar məsələlər istisna olmaqla məhdudlaşdırmaq qərarına gəldik. Bununla da biz, fəaliyyətimizi ABŞ Maliyyə Nazirliyinin sanksiyalar idarəsinin qaydaları ilə uyğunlaşdıraraq məhdudlaşdırmaq azaltmağı qərara aldıq.

 

KBC, heç vaxt İranla hər hansı bir sövdələşmə üçün sərmayə yatırmamış, yalnız öz müştərilərinin bank köçürmələrini həyata keçirmişdir. Biz, bu sahədə Avropa Birliyinin və ABŞ Maliyyə Nazirliyinin qoyduğu bütün qayda və şərtlərə riayət etmişik”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN