Bəlucistan əyalətində ağır yol qəzası nəticəsində 28 nəfər ölüb, 21 nəfər yaralanıb

Bəlucistan əyalətində ağır yol qəzası nəticəsində 28 nəfər ölüb, 21 nəfər yaralanıb

GünAz TV: İranın Sistan və Bəlucistan əyalətində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Bu gecə saat 2:30 radələrində iki kiçik həcmli yük avtomaşınının Səravan- Xaş magistralının 70-ci kilometrliyində toqquşması nəticəsində meydana gələn qəzada 28 nəfər faviəvi şəkildə ölüb, 21 nəfər isə ağır bədən xəsarətləri alıb.

 

Ölən və yaralananların hamısının adı çəkilməyən qonşu ölkələrdən birinin vətəndaşları olduğu deyilir.

 

Yerli media orqanlarının məlumatına görə, onlar “qanunsuz şəkildə” İrana gəlmək istəyən miqrantlar olub.

 

Qeyd etmək lazımdır ki, İrana qanunsuz miqrasiya etmək istəyən Pakistan və Əfqanıstan vətəndaşları bu ölkələrlə həmsərhəd olan Sistan və Bəlucistan əyalətindən istifadə edirlər. Bundan başqa, əyalət ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və yanacaq qaçaqmalçılığı da geniş yayılıb.

 

Sistan və Bəlucistanda tez-tez bu cür ağır yol qəzalarının baş vermə səbəblərindən biri də magistralların asfalt örtüyünün bərbad vəziyyətdə olmasıdır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN