Bəndər Abbasda daha 1 məhkum edam edilib

Bəndər Abbasda daha 1 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılmış daha 1 nəfər edam edilib. Məhkum dörd gün əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl tayfa ixtialfları səbəbilə baş verən davada doğma xalası oğlunu qətlə yetirdiyinə görə edama məhkum edilən Qorvə şəhər sakini , 33 yaşlı məhkum Salman Babanzadə, noyabrın 14-sü sübh saatlarında Bəndər Abbas şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN