Benni Qantz: “Lazım gələrsə, İrana qarşı güc tətbiq etməklə bağlı tərəddüd etməyəcəm”

Benni Qantz: “Lazım gələrsə, İrana qarşı güc tətbiq etməklə bağlı tərəddüd etməyəcəm”

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahunun qarşıdan gələn parlament seçkilərində əsas rəqibi hesab edilən Benni Qantz bildirib ki, “Lazım gələrsə, İrana qarşı güc tətbiq etməklə bağlı tərəddüd etməyəcəm”.

 

O, martın 25-də İsrail lobbisinin Amerikadakı tədbirində çıxış edərkən bu fikirləri səsləndirib. Qantz həmçinin İsrail- Fələstin problemlərinə də toxunub və gələcəkdə bu istiqamətdə atılacaq addımlardan danışıb.

 

Benni Qantz İran rəsmilərinə xitabən əlavə edib ki, ölkəsi heç vaxt İranın Suriyada möhkəmlənməsi, regional gücə çevrilməsi və nüvə silahı əldə etməsinə icazə verməyəcək: “Lazım gələrsə, İrana qarşı güc tətbiq etməklə bağlı tərəddüd etməyəcəm”- deyə israilli siyasətçi əlavə edib.

 

İranda hazırki teokratik rejimin qurulmasından sonra bu ölkə İsrailə qarşı düşmən mövqeyi sərgiləyir. Son illər ərzində İranın Suriyada İsrail əleyhinə fəaliyyətləri və terror qruplaşmalarına göstərdiyi dəstəklər iki ölkə arasında ziddiyyətlərin qarşıdurmaya çevrilməsinə səbəb olub. Belə ki, İsrail Hərbi Hava Qüvvələrinin dəfələrlə Suriyada “Sepah” üzvləri və onlara bağlı qüvvələrə qarşı keçirdiyi əməliyyatlarda onlarla iranlı hərbçi həlak olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN