Benyamin Netanyahu: “Biz, bir-birimizin yanında olmaqla İran təcavüzünün qarşısını ala bilərik”

2017-05-23 13:04

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu mayın 22-də bu ölkəyə səfər edən ABŞ prezidenti Donald Trampla birgə qatıldığı mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq Amerikanın İranla bağlı siyasətinin dəyişməsindən və İran təhlükəsindən danışıb.

 

Amerikanın yeni hökumətinin İrana qarşı siyasətini sərtləşdirməsindən məmnunluğunu bildirən Netanyahu, üzünü ABŞ prezidentinə tutaraq onu İranın nüvə ambisiyalarına qarşı birgə mübarizəyə çağırıb: “Mən istəyirəm bunu biləsiniz ki, sizin də bir saat əvvəl söylədiyiniz kimi, biz Amerikanın İranla bağlı siyasətini dəyişməsindən necə də məmnunuq və bunu yüksək qiymətləndiririk. Düşünürəm ki, biz, bir-birimizin yanında olmaqla İranın regionda gündən-günə artan təcavüzkar siyasətinin, eləcə də İran terrorizminin  qarşısını birlikdə ala, onu geri çəkilməyə vadar edə bilərik. Belə olarsa, biz həm də İranın bölgədə bir nüvə gücünə çevrilməsi ilə bağlı sonsuz ambisiyalarının qarşısını ala bilərik”.

 

Xatırladaq ki, mayın 22-də Tel-Əvivə səfər edən ABŞ prezident Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında İranın region ölkələrinə qarşı təhdidindən və nüvə sazişindən danışıb: “İran, İŞİD-lə yanaşı, bölgənin sülh və sabitliyinə qarşı ciddi bir təhdiddir. Bölgənin hər yerində İranın ayaq izlərini görmək mümkündür. İran bölgədə münaqişə baş verən yerlərə pul və silah, eləcə də öz hərbçilərini göndərməklə məntəqəyə müdaxilə edir.  Məhz buna görə də İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır. Nüvə sazişinə gəldikdə isə hesab edirəm ki, bu razılaşma ən pis və ən dəhşətli bir sazişdir. Bu saziş, İranı  çökməkdən qurtaran bir ipə çevrilib. Amerika bu sazişi qəbul etməməli, ona qol çəkməməli idi”.

 A.M

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranın İsfahan və Yasuc şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-15

gun az article

İlam əyalətində “Covid-19” infeksiyasına yoluxanların sayı 4386 nəfərə çatıb

2020-07-14

gun az article

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

2020-07-14

gun az article

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14

gun az article

İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-07-14

gun az article

Amerikalı rəsmi: “Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

2020-07-14

gun az article

İranda daha bir zavodda partlayış baş verib

2020-07-14

gun az article

Mazandaran əyalətində koronavirus infeksiyası pik həddə çatıb

2020-07-14

gun az article

Kirmanşah həbsxanasında daha 1 məhkum edam edilib

2020-07-14

gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yoluxub, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12