“Bəsic” qüvvələri və mülki geyimlilər Tehran Universitetinin tələbələrinin keçirdiyi aksiyaya hücum ediblər- Film

“Bəsic” qüvvələri və mülki geyimlilər Tehran Universitetinin tələbələrinin keçirdiyi aksiyaya hücum ediblər- Film

GünAz TV: Sosial şəbəkələrdə bu gün Tehran Universitetinin tələbələrinin etiraz aksiyasını əks etdirən videolar yayılıb.

 

Yayılan məlumatlara əsasən, tələbələr universitet rəhbərliyinin onların geyiminə qarışmasına görə bu aksiyanı təşkil ediblər. Onlar əllərində posterlər tutaraq, “geyim seçimi bizim təməl haqqımızdır”, “seçim azadlığı bizim təməl haqqımızdır”, “tələbə ölər, amma zilləti qəbul etməz”  və s. bu kimi şüarlar səsləndiriblər. Tələbələr icbari hicaba qarşı da fikirlər səsləndiriblər.

 

Bəzi tələbələr əllərində universitetin öz siyasi fəaliyyətinə görə həbs edilmiş tələbəsi Mərziyə Əmirinin şəkillərin də tutublar.

 

Aksiya zamanı aralarında müxtəlif yaşlarda olan ruhanilər, bəsiclər və mülki geyimlilərdən ibarət qrup “Allahu əkbər” sədaları altında gözlənilmədən tələbələrə hücum ediblər. Hətta bir qrup tələbəni gözəl sənətlər fakültəsinin amfiteartrına sıxışdırıb, bir müddətlik orda həbsdə saxlayıblar. Bu şəxslər provokativ addımlarla aksiyanı bir-birinə qatıblar.

 

Hələ ki, aksiya zamanı saxlanılan olub-olmadığı barədə məlumat yoxdur.

 

Son günlər ərzində Tehranın müxtəlif universitetlərinin tələbələri məcburi hicabla bağlı qaydaların daha da sərtləşdirildiyini deyirlər.

 

Xatırladaq ki, İran polisi hər il havaların istilənməsi ilə əlaqədar “pis hicablılar” ilə mübarizə adlandırdığı proqramlar çərçivəsində qadınlara qarşı şiddəti daha da artırır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN