Beynəlxalq Enerji Agentliyi: “Hörmüz boğazı vasitəsilə həyata keçirilən enerji ixracatı dayansa, qəti addım atacağıq”

Beynəlxalq Enerji Agentliyi: “Hörmüz boğazı vasitəsilə həyata keçirilən enerji ixracatı dayansa, qəti addım atacağıq”

GünAz TV: Beynəlxalq Enerji Agentliyi Hörmüz boğazında son baş verənlərlə bağlı bəyanat yayıb.

 

Bəyanatda qeyd edilir ki, Agentlik boğazda baş verən son prosesləri diqqətlə izləyir və lazım gəldiyi təqdirdə, hadisələrə müdaxilə etməyə hazırdır.

 

Dəniz vasitəsilə enerji resurslarının qlobal iqtisadiyyat üçün hansı əhəmiyyətə sahib olduğunu xatırladan Agentlik Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin zəruri olduğunu bildirib.

 

Agentliyin bəyanatında həmçinin qeyd edilir ki, əgər dünyanın əsas neft ixracatı yollarından olan Hörmüz boğazında gəmilərin hərəkəti dayanarsa, Agentlik sürətli şəkildə prosesə müdaxilə edəcək və qəti addımlar atacaq.

 

Xatırladaq ki, dünyanın neft traffikinin 1/3-i Hörmüz boğazından keçdiyindən, onun strateji əhəmiyyəti çox mühümdür. Son günlər “Sepah” terror təşkilatının Britaniyaya məxsus 2 gəmini saxlaması boğazda gərginliyi artırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN